saçların ağarır,
saqqalın da
gəncliyin uzaqlarda
hansısa qağayının qanadlarında...
burda dəniz yoxdur ata
o quş gəlməz buralara
bəlkə sən gedəsən haçansa getdiyin o dəniz qırağına
bəlkə o qızla bərabər çörək qırıntılarını dənizə səpəsən
çörəyə hücum çəkən yüzlərlə qağayının içində
bəlkə o insafsız da ola,
bəlkə saçların qarala, bəlkə qırışlar yox ola...
Davamı...

